"Liverpul"un hücumçusu Məhəmməd Salah Premyer Liqada mövsümün ən yaxşı oyunçusu seçilib.
90deqiqe.Az xəbər verir ki, bu barədə Premyer Liqanın mətbuat xidməti "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.
2024/2025 mövsümündə 32 yaşlı futbolçu İngiltərə çempionatının 37 matçında iştirak edib, 28 qol vurub və 18 məhsuldar ötürmə edib. Salah "Liverpul"la Premyer Liqanın qalibi olub.
Misirli hücumçu 2017-ci ildən Mersisaydlıların heyətində çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 400 oyun keçirib, 244 qol vurub və 113 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 55 milyon avrodur.