AZ

Braziliyalı ilə müqavilə müddətini 3 illik uzatdı - “Barselona”

“Barselona” Rafinya ilə müqavilə müddətini uzadıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı vinger Kataloniya klubunun prezidenti Joan Laporta, vitse-prezident Rafa Yuste və klubun idman direktoru Deko, eləcə də digər şəxslərin iştirakı ilə klubun ofisində yeni müqaviləsini imzalayıb.

Yeni sözləşmə 2028-ci ilin iyun ayına qədərdir.

Rafinya bu mövsüm “Barselona”nın heyətində 56 matça çıxaraq 34 qol vurub və 25 qolun ötürməsini edib.

Seçilən
0
2
sportinfo.az

10Mənbələr