AZ

ABŞ-ın Tiflislə bağlı mövqeyi formalaşmayıb - Boçorişvili

ABŞ administrasiyası hələ Gürcüstanla bağlı aydın və formalaşmış mövqeyə malik deyil.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ABŞ Dövlət katibi Marko Rubionun Senatda rəsmi Tiflis ilə bağlı sualdan yayınmasına münasibət bildirib.

“Bu gün eşitdiklərimiz onu göstərdi ki, məsələ hələ də ABŞ Dövlət katibi tərəfindən müzakirə mərhələsindədir. Yəni Birləşmiş Ştatlar regionumuzda öz milli maraqları baxımından hansı siyasəti yürütməli olduğunu müəyyən etməyib. Dövlət katibi açıq şəkildə bildirdi ki, bu suala bu gün cavab verməyə hazır deyil”, - M.Boçorişvili vurğulayıb.

Nazir eyni zamanda, qeyd edib ki, bu mövqesizlik Gürcüstan hökumətinə qarşı mənfi rəy kimi qiymətləndirilməməlidir:

“Bu, Gürcüstan hakimiyyəti ilə bağlı qiymətləndirmə sayıla bilməz. Belə bir rəy üçün heç bir əsas yoxdur. Biz ABŞ ilə sistemli və səmərəli əməkdaşlıq etmişik və bu davam edir”.

Xatırladaq ki, ABŞ Dövlət katibi Marko Rubio Senatda Gürcüstanla bağlı suala cavab verərkən, hələ bu məsələ üzrə dəqiq mövqenin müəyyən olunmadığını qeyd edib.

Seçilən
0
3
axar.az

10Mənbələr