AZ

Rubio: ABŞ Ukraynaya silah tədarükünü dayandırmayıb

ABŞ administrasiyası Ukraynaya silah tədarükünü dayandırmayıb, lakin yeni hərbi yardım paketlərinin formalaşdırılması mümkünlüyü barədə qərar qəbul edilməyib. Vətəninfo.az xəbər verir ki , bu barədə ABŞ dövlət katibi, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Marko Rubio bildirib.

“Kiyevə silah göndərilməsi proqramı ləğv edilməyib. Onlar silah almağa davam edirlər”, – Rubio Senatın Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı deyib.

Ondan Vaşinqton administrasiyasının Ukraynaya daha bir silah paketi vermək üçün Konqresdən vəsait istəməyə hazır olub-olmaması ilə bağlı sual verilib. 

“Bu, başqa sualdır. Ağ Ev əlavə maliyyə almaq üçün Konqresə getməyə dəyər olub-olmamasına qərar verməlidir. Lakin Konqres tərəfindən təsdiqlənən və mənimsənilən hər şey göndərilməkdə davam edir”, – dövlət katibi bildirib.

O, Amerika kəşfiyyatının Kiyevə məlumat verməsi proqramının əvvəllər bir həftə müddətinə dayandırıldığını vurğulayıb.

Published by Armenpress, original at https://armenpress.am/hy/article/1220183

Seçilən
0
11
veteninfo.az

10Mənbələr