Papua-Yeni Qvineyanın sahillərində 6,4 bal gücündə zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri 1600 nəfərə yaxın əhalisi olan Anqoram şəhərindən 94 km şimal-şərqdə yerləşib.
Təbii fəlakətin mənbəyi 25 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.
Bizim.Media