AZ

Bank kartı məlumatlarının paylaşılması əmanətlər üçün təhlükə doğurur - DİN-dən növbəti xəbərdarlıq...


Mayın 19-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 14195, 6000, 3042, 1065, 1000, 700, 478, 426 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

“Bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. Həmin məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar. Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanılmalıdır”, - deyə DİN-in məlumatında xəbərdarlıq edilir.

ZÜMRÜD

Seçilən
0
49
baki-xeber.com

10Mənbələr