“Artıq nəvələrim doğma Ağdam torpağını görəcəklər”.
“Report” xəbər verir ki, bu sözləri Ağdamın Kəngərli kəndinə qayıdan keçmiş məcburi köçkün Allahverdiyeva Tavad söyləyib.
“Kəndimizin işğalı nəticəsində üç övladımla Bakıda məskunlaşmalı olduq. 75 yaşımda övladlarımla, nəvələrimlə evimizə qayıtmağın sevincini yaşayıram. Bundan böyük xoşbəxtlik hissi ola bilməz.”, - deyə o bildirib.
, həmçinin şəhidlərə rəhmət, qazilərə cansağlığı arzulayıb, Ali Baş Komandan İlham Əliyevə Böyük Qayıdışa - sülhə, quruculuğa, əmin-amanlığa görə minnətdarlığını ifadə edib.