AZ

124 ölkədən QƏRAR - Pandemiya sazişi qəbul edildi

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv ölkələr mayın 19-dan 27-dək Cenevrədə keçirilən Ümumdünya Səhiyyə Assambleyasının 78-ci sessiyasında pandemiya ilə mübarizə üzrə sazişin qəbul edilməsinə səs verib.

Publika.az xəbər verir ki, iclasda iştirak edən 124 üzv ölkə sazişin lehinə səs verib.

11 ölkə bitərəf qalıb. Onlar arasında İsrail, İran, İtaliya, Polşa, Rusiya və Slovakiya var.

Müqavilənin təsdiqlənməsi üçün 83 səs çoxluğu tələb olunurdu.

Bu saziş gələcək pandemiya təhdidlərinin qarşısının alınması və cavab tədbirlərinin görülməsində qlobal əməkdaşlığı gücləndirmək məqsədi daşıyır. Layihəyə əsasən, ÜST ölkələri patogenlərə çıxış və faydaların bölüşdürülməsi sistemi yaratmağı və peyvəndlərin, testlərin və pandemiya ilə əlaqəli digər tibbi ləvazimatların istehsalı üçün bilik və texnologiyanın ötürülməsində bir-birinə kömək etməyi öhdəsinə götürür. Razılaşma, həmçinin inkişaf etməkdə olan ölkələrə yardım göstərmək üçün maliyyə koordinasiya mexanizminin yaradılmasını, eləcə də qlobal təchizat zəncirinin və logistika şəbəkəsinin yaradılmasını əhatə edir.

Seçilən
0
8
publika.az

9Mənbələr