Bakı. Trend:
Abşeron rayonun Xırdalan şəhərində doqquzmərtəbəli yaşayışbinasının 3-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlımənzilin eyvanında məişət tullantıları 8 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, mənzil yanğındanmühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.