Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı həmkarı Donald Trampla telefon danışığının detallarını açıqlayıb.
Axar.az xəbər verir ki, o, atəşkəs və ABŞ-ın daha ciddi sanksiya addımları atmağa hazır olması məsələsini qaldırıb. Zelenski Trampı Rusiya müharibəni davam etdirməyi müdafiə edərsə, yeni sanksiyaların tətbiqini nəzərdən keçirməyə və onları tətbiq etməyə çağırıb:
"Mən ondan Putinlə söhbətindən əvvəl xahiş etdim ki, bizsiz Ukrayna ilə bağlı qərarlar qəbul etməsin. Bizim üçün bunlar fundamental və çox vacib şeylərdir".
Ukrayna lideri belə qənaətə gəlib ki, Tramp üçün ən vacibi Kiyev və Moskva arasında birbaşa danışıqlara nail olmaqdır. O, atəşkəs və onların növbəti addımlarının nə ola biləcəyi ilə bağlı Moskvadan mesajlar gözləyəcək:
"Mən prezident Trampdan xahiş etdim ki, Rusiya tərəfinin baxışı Ukrayna tərəfi tərəfindən dəstəklənmirsə, o zaman bu barədə danışmaq imkanımız olsun. ABŞ-ın isə bunu Rusiya tərəfinin müharibəni bitirmək istəməməsi kimi qiymətləndirmək imkanı olsun".
Qeyd edək ki, ötən gün Trampla Zelenski arasında telefon danışığı baş tutub.