Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Strongman Federasiyasının idarə heyətinin üzvü və yığma komandanın kapitanı Cəlil Əliyev may ayının 13-18 tarixlərində Çexiyanın Trutnov şəhərində keçirilən Avropa çempionatında iştirak edib.
40 ölkənin iştirak etdiyi bu yarışda 500 -dən çox idmançı öz gücünü sınayıb .
Dəfələrlə dünya və Avropa çempionu olan idmançımız Cəlil Əliyev 110 kq çəki dərəcəsində ölkəmizi təmsil edib.
Xüsusilə qeyd edim ki , idmançımız erməni rəqibinə qalib gələrək Avropa 2-si olub.
Əslən Naxçıvan MR Nehrəm kəndindən olan C.Əliyev bu qələbəsini şəhidlərə həsr edib.