Azərbaycanın daha bir sərbəst güləşçisi Rusiyanın Kaspiysk şəhərində keçirilmiş 5 qat dünya çempionu Əli Əliyevin xatirə turnirində medal qazanıb.


Rekord.az xəbər verir ki, milli komandanın üzvü Cəbrayıl Qadjiyev yeni çəkidə debüt edib. 79 kq-da mübarizə aparan idmançı ənənəvi yarışda bürünc medal qazanıb.


Xatırladaq ki, ötən gün Musa Ağayev (65 kq) eyni nəticəyə imza atıb.