Yaponiya Kənd təsərrüfatı naziri Eto Taku bildirib ki, o, qiymətlər artarkən “çoxlu düyü” olduğuna dair bəyanatından təəssüflənir. Rəsmi “Kyodo” xəbər agentliyinin məlumatına görə, nazir Eto ötən gün pul yığımı mərasimində çıxışı zamanı verdiyi açıqlamalara görə tənqid edilib.
“Mən düyü almıram. Tərəfdarlarım mənə bol verirlər ki, evdə kifayət qədər düyüm var”, – Eto deyib. Onun açıqlamaları vətəndaşların reaksiyasına səbəb olub.
Nazir Eto qeyd edib ki, o, “problemlərə səbəb olan” bəyanatlardan təəssüflənir.
Eto jurnalistlərə açıqlamasında “Hətta sata biləcəyimi düyüm olduğunu deyəndə şişietmələrə yol verdim”, – deyib.
Eto açıqlamasına düzəliş etmək niyyətində olduğunu qeyd edərək, mübahisəli açıqlamalarına görə istefa verməyəcəyini və Kənd Təsərrüfatı Naziri olaraq səhvindən nəticə çıxarmağa çalışacağını bəyan edib.
***
Yaponiyanın ənənəvi mətbəxində mühüm yer tutan düyü istehsalı, son iqlim hadisələri və təbii fəlakətlərdən ziyan çəkib. Tokio hökuməti qiymət artımını qabaqlamaq üçün bu ilin fevral ayında ilk dəfə olaraq bazara təxminən 210 min tonluq təcili düyü ehtiyatı çıxarmışdı.
Hökumətin bu addımına baxmayaraq, ölkədə düyü qiymətləri artmaqda davam edir.
Hökumətin məlumatına görə, martın son həftəsində 5 kiloqram düyünün orta qiyməti keçən illə müqayisədə iki dəfə artaraq 29 dollara çatıb.