AZ

Ağsu aşırımında təhlükəli VƏZİYYƏT - Sürüşmə yenidən AKİTVLƏŞİR – FOTO

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən 147-ci kilometrliyində torpaq sürüşməsi yenidən özünü büruzə verib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, son günlər yağan intensiv yağıntılar nəticəsində ərazidə əvvəlcədən bərpa olunmuş torpaq qatı yenidən dağılaraq çökməyə başlayıb.

Məlumata əsasən, yolun çiyin hissəsində sürüşmə prosesi aktivləşib, kipləşdirilmiş torpaq layları isə davamlı yüklənməyə tab gətirməyərək deformasiyaya uğrayıb.

Qeyd edək ki, bu ərazidə bir neçə gün əvvəl baş verən sürüşmə nəticəsində yolun bir zolağı tamamilə bağlanmış, asfalt örtük çökərək istifadəyə yararsız hala düşmüşdü. Həmin vaxt əraziyə cəlb olunan texnika vasitəsilə material daşınmış, çökən sahələr təxirəsalınmaz şəkildə doldurulmuşdu.
 

Lakin aparılan bərpa tədbirləri uzunmüddətli davamlılıq nümayiş etdirməyib. Son müşahidələr göstərir ki, torpaq sürüşməsi davam edir və ərazi yenidən təhlükəli vəziyyətə qayıdır. Bu, təkcə yol infrastrukturu üçün deyil, həmin istiqamətdə hərəkət edən nəqliyyat vasitələri üçün də real təhlükə mənbəyidir.


Mütəxəssislər ərazidə daha ciddi geoloji tədqiqatlara, drenaj və torpaq bərkidici tədbirlərin genişləndirilməsinə ehtiyac olduğunu bildirirlər.












Bizim Media, Aran bürosu

Seçilən
0
bizim.media

1Mənbələr