AZ

ABŞ-də yük qatarı insanlara çırpıldı: Ölənlər və itkin düşənlər var

ABŞ-da yük qatarı beş nəfəri vurub. Hadisə nəticəsində iki nəfər ölüb, azı bir nəfər itkin düşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Associated Press” Ohayo ştatının hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

“Hadisə mayın 18-də axşam saat 7 radələrində Toledo və Klivlend arasında Eri gölünün yaxınlığında, Frimontda baş verib”, – deyə nəşr yazıb.

Frimont meri Denni Sançes fövqəladə hadisə nəticəsində iki nəfərin öldüyünü təsdiqləyib. Qəza briqadaları itkin düşən bir nəfərin axtarışını davam etdirir. Sonradan bir yox, iki nəfərin itkin düşdüyü barədə məlumat yayılıb. Səlahiyyətlilər hesab edirlər ki, zərərçəkənlər arasında hazırda axtarılan beş yaşlı uşaq davar.\\Oxu.az

 

Seçilən
0
nocomment.az

1Mənbələr