AZ

Salyanda güclü külək çoxillik ağacı avtomobilin üzərinə aşırıb

Salyanda güclü külək qovaq ağacını avtomobilin üzərinə aşırıb.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin M.Ə.Rəsulzadə küçəsində baş verib.

Qəfil başlayan güclü külək nəticəsində 50-60 illik qovaq ağacı kökündən qoparaq avtomobilin üzərinə aşıb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Aidiyyəti qurumların əməkdaşları hadisə yerinə cəlb olunub, ağac budanaraq ərazidən uzaqlaşdırılıb..

Seçilən
0
5
bakivaxti.az

8Mənbələr