AZ

Azərbaycana Gürcüstandan avtomobil idxalı azalıb

Bu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycana 80 milyon ABŞ dolları dəyərində 2 853 ədəd avtomobil ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 14 % çox, kəmiyyət olaraq - 22 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 754 milyon ABŞ dolları dəyərində 29 485 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 31 % və 5,3 % çoxdur. O cümlədən Gürcüstandan Qırğızıstana 408 milyon ABŞ dolları dəyərində 12 508 ədəd, Qazaxıstana 219 milyon ABŞ dolları dəyərində 12 055 ədəd, Ermənistana 15,8 milyon ABŞ dolları dəyərində 666 ədəd, Tacikistana 9,8 milyon ABŞ dolları dəyərində 446 ədəd avtomobil tədarük edilib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan 2,43 milyard ABŞ dolları dəyərində 106 051 ədəd avtomobil ixrac edib ki, bunun da 290 milyon ABŞ dolları dəyərində 12 849 ədədi Azərbaycanın payına düşüb.

"Cebheinfo.az" 

Seçilən
0
10
cebheinfo.az

10Mənbələr