Baş Dövlət Yol Polisi İdarəsi (DYP) dumanlı hava ilə bağlı xəbərdarlıq edib.
Bu barədə DYP məlumat yayıb.
Bildirilib ki, sinoptiklərin məlumatına əsasən yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral yollarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir:
"Dumanlı hava xüsusilə səhər və axşam saatlarında sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da ağırlıq dərəcəsi yüksək olan qəzalara, o cümlədən zəncirvari toqquşmalara real zəmin yaradır".