AZ

"Turan Tovuz" 2 futbolçu ilə vidalaşıb

Mövsüm hələ başa çatmasa da "Turan Tovuz"da "yarpaq tökümü" başlayıb.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, "boz qurdlar" artıq 2 futbolçu ilə yolları ayırıb.

Məlumata görə, baş məşqçi Kurban Berdiyev müdafiəçilər Sadiq Quliyevdən və Eltun Turabovdan məşqlərə qatılmamasını istəyib.

Qeyd edək ki, həm Quliyevin, həm də Turabovun klubla müqaviləsi gələn ay başa çatır. Sadiq cari mövsümdə 1, Eltun isə 6 oyunda meydana çıxıb.

İdman.biz

Seçilən
0
idman.biz

1Mənbələr