Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında mayın 19-dan 20-nə keçən gecəyağış yağacağı, yarımadanın bəzi yerlərində qısamüddətli leysanxarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
Trendxəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatyayıb.
Bildirilib ki, gün ərzində havanın dəyişkən buludlu olacağı,əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyigündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 21-26° isti olacaq.Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununayüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı,şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterliintensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam bəzi rayonlardatədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim qərb küləyi bəziyerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 13-18° isti, gündüz 22-27° isti,dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.