AZ

"Astara” gömrük postunda 80-dən çox avtomobil gözləyir

Azərbaycan-İran sərhədində yerləşən “Astara” gömrük postunda 82 avtomobil gözləyir.

News24.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Mənbə qeyd edir ki, hazırda “Qırmızı Körpü” gömrük postunda 50, Biləsuvar gömrük postunda 74, Mazımqara gömrük postunda 15, Samur gömrük postunda 60 yük maşını növbə gözləyir.

Xanoba gömrük postunda isə növbə gözləyən avtomobil yoxdur.


Seçilən
0
4
news24.az

10Mənbələr