AZ

“Vaşinqton Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcək” - ABŞ-nin maliyyə naziri

“Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə sülh danışıqları aparmasa, ABŞ və Avropa Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcək”.

Missiya.Az xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessant “CBS News”a müsahibəsi zamanı məlumat verib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp bunu çox açıq şəkildə ifadə edib. Ancaq hələlik hər iki tərəf, Ukrayna və Rusiya danışıqlar masası arxasına əyləşəndə nə baş verəcəyinə baxmaq lazımdır.

Bessent qeyd edib ki, ABŞ-nin Rusiyaya qarşı əvvəlki sanksiyaları səmərəsiz olub.

"Sizə deyə bilərəm ki, ABŞ-nin sabiq Prezidenti Co Bayden administrasiyası dövründə sanksiyalar çox təsirsiz idi. Onlar sanksiyaları aşağı səviyyədə saxladılar, çünki bunun daxili neft qiymətlərini artıracağından qorxdular", - deyə siyasətçi vurğulayıb.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
0
missiya.az

1Mənbələr