AZ

HAMAS danışıqlara başladı – atəşkəs gündəmdədir

HAMAS

İsrailin genişmiqyaslı hücumlarının yaratdığı qan və kül içində, Qəzzada diplomatiya nəfəsi duyulmağa başladı.HAMAS, yeni danışıqlar raunduna start verildiyini elan etdi. Görüşlərin şənbə günü Qətərin paytaxtı Dohada keçirilməyə başlandığı rəsmi olaraq bildirilib.Bu dəfə masaya ilkin şərtlərsiz əyləşmək qərara alınıb. Bütün məsələlərin açıq müzakirəyə çıxarılması, illərdir qapanmış yolların açılmasına və real nəticələrin əldə olunmasına bir ümid işığı yandırıb.Danışıqların əsas gündəmində girovların azad edilməsi və atəşkəsin əldə olunması kimi taleyüklü məsələlər dayanır. HAMAS rəsmiləri bu prosesdə vasitəçi ölkələrlə səmimi və açıq əməkdaşlığa hazır olduqlarını bildiriblər.Bu arada, beynəlxalq ictimaiyyət susmur. Qəzzada dərinləşən humanitar böhran, dünya liderlərini bir daha dərhal və daimi atəşkəsə çağırış etməyə vadar edir.✍️"Ulusum".az

Diqqət Çəkənlər

Rumıniyada prezident seçkilərinin ikinci turu başlayıb

Çörək Zavodu Tük İddialarına Cavab Verdi

Qəzzanın cənubunda HAMAS lideri Mühəmməd Sinvarın cəsədi aşkarlandı - FOTO

Seçilən
0
ulusum.az

1Mənbələr