AZ

“Araz-Naxçıvan” bürünc medalları təmin etdi, “Neftçi” gec oyandı – Tura baxış

Misli Premyer Liqasında mövsüm sona yaxınlaşır. Artıq sonuncu medalçının da adına aydınlıq gəlib. “Araz Naxçıvan” “Qarabağ”la “Zirə”nin ardından özünə həm medal, həm də avrokuboklara vəsiqə təmin etdi. Bununla da mövsümün sonuncu turu tamamilə formallığa çevrildi. Bu mövsüm cavabını tapmayan yeganə sual ölkə kubokunun qalibinin və avrokuboklara sonuncu vəsiqənin sahibinin kim olmasıdır.

"Sumqayıt" – "Turan Tovuz" 0:1  
Qol:
Emmanuel Hakman, 30.
“Sumqayıt”: 36. Xəyal Fərzullayev, 14. Elvin Bədəlov (k), 2. Sertan Taşkın, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 21. Nihat Əhmədzadə, 75. Nadir Orucov, 19. Roi Kehat, 12. Giorgi Karaişvili, 23. Ronaldo Vaskes, 9. Bobir Abdixolikov. 
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 56. Aftandil Arixov, 7. Rövlan Muradov, 30. Kamran Quliyev, 24. Sənan Muradlı, 64. Kənan Feyziev, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 11. Momo Yansane, 99. Silvanus Nimeli, 60. Tresor Mossi, 77. Cəsurbek Cəloliddinov. 
Məşqçi: Şahin Abdullayev.
“Turan Tovuz”: 41. Sergey Samok, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 40. Kauan Martins, 21. Aleks Souza. 
Ehtiyat oyunçular: 1. İvan Konovalov, 71. Mehman Hacıyev, 19. Orxan Əliyev, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 13. Fərid Yusifli, 77. Veysəl Rzayev, 30. Mircamal Əlizadə, 5. Roderik Miller, 6. Araş Qaderi, 29. Anton Kraçkovski. 
Baş məşqçi: Kurban Berdiyev.

“Turan Tovuz” bu tur azarkeşlərini sevindirdi. Qərb təmsilçisi Sumqayıtda qələbə qazandı. Bu qələbə sayəsində “Turan Tovuz” 4-cü pillədə “Sabah” üçün əlçatmaz oldu. Beləcə “Turan Tovuz”un avrokuboklar üçün ümidləri davam edir. Tovuzluları bu arzusuna çatdırmaq üçün “Qarabağ” kubokun qalibi olmalıdır. “Sumqayıt” üzərindəki qələbəni isə Hakmanın 30-cu dəqiqədə vurduğu qol təmin etdi. 
Xatırladaq ki, Vaqif Cavadov “Kəpəz”lə görüşdən sonra istefaya göndərildiyindən “gənclik şəhəri”nin təmsilçisini bu görüşə Vurğun Hüseynov çıxarmışdı. Onun bu postda debütü uğurlu olmadı. Hesabda önə keçən “Turan Tovuz” soyuqqanlı oynayaraq rəqibin cavab qolu vurmasına imkan vermədi. Beləcə vacib oyunda 3 xal qazanıldı.
4-cü pillədə möhkəmlənən “Turan Tovuz”un aktivində 52 xal var. 9-cu sırada qərarlaşan “Sumqayıt” isə 30 xal toplayıb.

"Zirə" – "Sabah" 1:1 
Qollar:
Giorgi Papunaşvili, 25 - Pavol Şafranko, 67.
“Zirə”: 41. Anar Nəzirov, 7. Məqsəd İsayev, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato (k), 90. Davit Volkov, 10. Giorgi Papunaşvili, 30. Rikardo Martins, 70. İssa Cibrila, 18. Junior Martins, 17. Ayron Qomis. 
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 99. Səlim Həşimov, 8. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 53. Şahmar Aşurov, 48. Ramiz Muradov, 43. Əhliman Süleymanzadə, 5. Stefan Aka, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 19. Salifu Suma. 
Baş məşqçi: Rəşad Sadıqov. 
“Sabah”: 92. Stas Pokatilov, 10. Namik Ələskərov (k), 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulaev, 4. Sofian Çakla, 18. Pavol Şafranko, 40. İqor Noqeyra, 70. Cesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepiniça. 
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 15. Seymur Məmmədov, 32. Elgün Dünyamalıyev, 7. Boyan Letiç, 11. Kahim Parris, 12. Vinsent Till, 99. Neqoş Kupusoviç, 33. Umarali Raxmonaliyev, 83. Stefen Ende. 
Baş məşqçi: Vasili Berezutski.

Ötən tur “Şamaxı”nı məğlub edən “Sabah” bu tur ənənəsinə sadiq qalaraq meydandan “sülh”lə ayrıldı. Bu bərabərlik “Sabah” üçün mövsümdə 18-ci oldu. Gümüş medalları özü üçün təmin edən “Zirə” özünü çox da əziyyətə salmasa da, görüşdə hesabı açan tərəf oldu. Giorgi Papunaşvili 25-ci dəqiqədə əlinə düşən fürsəti dəyərləndirməklə hesabı açdı. Bu qol ilk yarıda yeganə oldu və meydan sahibləri fasiləyə öndə yollandılar. “Sabah”ın cavab qolu 67-ci dəqiqədə gəldi. Komandanı məğlubiyyətdən Safranko xilas etdi. Qalan vaxt ərzində başqa qol olmayınca hərəyə bir qol vuran komandalar meydandan elə 1 xalla da ayrıldılar.
Gümüş medalçı “Zirə” 71 xalla ikinci pilləni özəlləşdirib. “Sabah” isə 5-ci pilləni 45 xalla tutur.

"Şamaxı" – "Araz-Naxçıvan" 0:1 
Qol:
Felipe Santos, 44.
“Şamaxı”: 1. Rikardo Fernandes, 14. Vüsal Məsimov, 5. Arsen Ağcabəyov, 18. Cəlal Hüseynov, 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 23. Murad Vəliyev, 20. Leroy Mikels (k), 30. Andrey Tirkoveanu, 33. Alfons Msanqa. 
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 19. Fəxri Məmmədli, 89. Cəfər Muxtarov, 73. Elmar Məmmədov. 
Baş məşqçi: Ayxan Abbasov. 
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 34. Urfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 2. Slavik Alxasov, 6. Vadim Abdullayev (k), 7. Ülvi İsgəndərov, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 97. Felipe Santos. 
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 21. Sezar Meza Kolli, 8. Karlos Jatoba. 
Baş məşqçi: Elmar Baxşıyev.

“Araz Naxçıvan” üçün də bu tur qazanılan qələbə həlledici oldu. Muxtar Respublikanı Mərdəkandan təmsil edən komanda Şamaxı səfərindən 3 xalla döndü. Santos bu dəfə də Elmar Baxşıyevin üzünü güldürdü. Xatırladaq ki, mövsüm ərzində bir çox həlledici məqamlarda məhz Santos səhnəyə çıxmağı, “Araz Naxçıvan” üçün vacib qollar vurmağı bacarıb. Bu dəfə də elə oldu. Onun 44-cü dəqiqədə vurduğu qol yeganə olunca “Araz Naxçıvan”ın üçüncü yeri tutması rəsmiləşdi. Elmar Baxşıyevin komandası xalını 58-ə yüksəltdi ki, bu xal fərqinin qalan bir tur ərzində qapanması mümkün deyil. Premyer Liqadakı yerini qorumasıyla təsəlli tapan “Şamaxı” 36 xalla 7-ci sıradadır.

“Neftçi” – “Səbail” 3:0 
Qollar:
Dembo Darbo, 1. Ağadadaş Salyanski, 25. Əlirza Müştəbazadə, 80-öz qapısına.
“Neftçi”: 1. Emil Balayev (k) 10. Filip Ozobiç 8. Emin Mahmudov 91. Ağadadaş Salyanski 14. Edvin Kuç 99. Ervin Koffi 23. Robert Bauer 24. Mustafa Sek 9. Bassala Sambu 22. Dembo Darbo 11. Aleks Fernandes
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 30. Rustam Samiqullin 17. Rəhman Hacıyev 19. Azər Salahlı 90. Ramil Şeydayev 78. Elcan Əbilov 47. Murad Məmmədov 88. Andrey Ştoqrin 18. Ryonosuke Ohori.
Baş məşqçi: Samir Abasov.
“Səbail”: 12. Əlirza Müştəbazadə 22. Mirabdulla Abbasov 96. İlkin Muradov 74. Yusif Nəbiyev (k) 18. Süleyman Əhmədov 20. Mert Çelik 11. Rüfət Abdullazadə 83. Nihad Quliyev 16. Emin Rüstəmov 3. Dmitro Litvin 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 25. Nicat Məmmədzadə 77. Fərid Nəbiyev 67. Rəvan Abasov 97. Oruc Məmmədov 89. Ömər Qurbanov 88. Hacıəli Şirəliyev 8. Qorka Laruçça 44. Amir Bilali 99. İnnosent Nşuti 4. Marko Nikoliç 5. Gitay Sofir. 
Baş məşqçi: Elvin Məmmədov.

“Neftçi” iş-işdən keçəndən sonra ayıldı. “Ağ-qaralar” turnir hədəfləri baxımından heç nəyi həll etməyən oyunda “Səbail”i 3:0 hesabıyla məğlub etdi. “Dənizçilər” ötən tur evdə “Zirə”yə məğlub olmaqla “batacaqlarını”, yəni elitanı tərk edəcəklərini rəsmiləşdirmişdilər. Bu baxımdan onlar üçün də hansısa motivasiyanın qaldığını söyləmək olmaz. Darbonun 1-ci dəqiqədə hesabı açdığı oyunda ikinci qolu Ağadadaş 25-ci dəqiqədə vurdu. Hücumçu daha bir epizodda boş qapını nişan ala bilmədi. Əvəzində top 80-ci dəqiqədə əvvəlcə dirəyə, daha sonra “Səbail”in qapıçısı Əlirza Müştəbazadənin kürəyinə dəyərək tora daxil oldu. Beləliklə “Neftçi” 3:0 hesablı qələbə qazandı. 
Gözünü 5-ci pilləyə dikən “Neftçi” son tur öncəsi 43 xalla 6-cı sıradadır. Ümidləri ölən “Səbail”in isə 22 xalı var.

“Qarabağ” – “Kəpəz” 3:0 
Qollar: Leandro Andrade, 31. Aleksey Kaşuk, 73. Musa Qurbanlı, 82
“Qarabağ”: 1. Şahrudin Məhəmmədəliyev (k), 30. Abbas Hüseynov, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 81. Kevin Medina, 66. Patrik Andrade, 2. Mateus Silva, 15. Leandro Andrade, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 32. Hikmət Cəbrayılzadə, 29. Marko Veşoviç, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 9. Kadi Borqes, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov
“Kəpəz”: 22. Məmməd Hüseynov, 2. İlkin Qırtımov (k), 99. Əli Səmədov, 5. Rauf Hüseynli, 17. Ümid Səmədov, 26. Valdemar Almeyda, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 28. Rati Ardazişvili, 11. Trent Buhagiar, 10. Karim Lkoça.
Ehtiyat oyunçular: 18. Elgün Bayramov, 7. Ehtiram Şahverdiyev, 12. Turan Manafov, 70. Nicat Süleymanov, 8. Elmir Tağıyev, 6. Nemət Musayev, 21. Camal Cəfərov, 19. Sadiq Şəfiyev, 91. Nihad İsaqov, 3. Mahamadu Ba, 88. Şevroni Mabatşoev.
Baş məşqçi: Azər Bağırov.

Çempionluq kubokunu bu tur başı üzərinə qaldıran “Qarabağ” bu tədbiri 3:0 hesablı qələbə ilə daha əlamətdar etdi. “Azərsun Arena”da keçirilən qarşılaşmada “Kəpəz”in qapısına qolları Anderade, Kaşuk və Musa Qurbanlı vurdu. “Kəpəz” də “Qarabağ”ın qapı torunu bir dəfə silkələsə də, VAR oyundan kənar vəziyyət qeydə aldı. Bununla da “Qarabağ” bayram ab-havasında keçən oyunda 3:0 hesablı qələbə ilə azarkeşləri sevindirdi.
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “köhlən atlar” 35 tura 86 xal toplayıb. Premyer Liqadakı yerini qorumağı bacaran “Kəpəz” isə səkkzincidir və akitivində 32 xal var.

Amal Abuşov

Seçilən
0
fanat.az

1Mənbələr