Türkiyə Superliqasında çempion komandanın adına aydınlıq gəlib. Belə ki, 36-cı turda doğma meydanda "Kayserispor"u məğlub edən (2:0) "Qalatasaray" sona iki tur qalmış çempionluğu təmin edib. Qolları 26-cı dəqiqədə Viktor Osimhen və 3 dəqiqə sonra Barış Alper Yılmaz vurublar.
Beləliklə, Okan Burukun baş məşqçisi olduğu komanda ikinci yerdə olan əzəli rəqibi "Fənərbağça"nı 8 xal qabaqlayaraq qızıl medallara sahib çıxıb.
Mətləb