Bakıda avtomobil mopedlə toqquşub.
KONKRET.az xəbər verir ki, hadisə Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 58 ünvanında qeydə alınıb.
Sadəddi Ağakişiyev idarə etdiyi “Toyota Prius C” markalı avtomobil ilə hərəkətdə olarkən Samir Məmmədov idarə etdiyi “Minsk” markalı mopedlə toqquşub.
Nəticədə mopeddə olan sərnişin Əşrəf Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətlərindən xəstəxanada ölüb.
Fakta görə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.