AZ

Ronaldonun oğlu Portuqaliya millisində dubl etdi - Video

style='margin-bottom:10px;'>

"Real"ın keçmiş hücumçusu Kriştiano Ronaldonun 14 yaşlı oğlu Junior Kriştiano Portuqaliyanın U-15 millisində ilk qollarını vurub.

QOL.az xəbər verir ki, o, beynəlxalq turnirin finalında Xorvatiya ilə matçda fərqlənib. Oyun Portuqaliyanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Millinin qələbə qollarından 2-sini Junior Kriştiano vurub. O, matçın 13 və 44-cü dəqiqələrində rəqib qapısına yol tapıb.

Qeyd edək ki, daha əvvəl "Real"ın Junior Kriştiano ilə maraqlandığı yazılmışdı. "Kral klubu"nun skautları artıq futbolçunu izləyiblər.  

Seçilən
0
teleqraf.com

1Mənbələr