AZ

CNN: Tramp artıq Putinin səmimiliyinə inanmır

BAKI, 19 may. TELEQRAF

Ukraynadakı müharibənin nəticəsi indi döyüş meydanında baş verən hadisələrdən yox, ABŞ Prezidenti Donald Trampın siyasi manevrlərindən asılıdır.

Teleqraf xəbər verir ki, bu barədə CNN-in analitik materialında deyilir.

Məqalədə qeyd olunur ki, Ukraynada əsl müharibə Kiyev və ya Dnepr uğrunda yox, sülh əldə etmək cəhdlərindən getdikcə məyus görünən Donald Trampın diqqətini cəlb etmək üçün aparılır.

Trampın rusiyalı həmkarı Vladimir Putinlə gözlənilən telefon danışığının dönüş nöqtəsi ola biləcəyi ehtimal edilir. Moskva və Kiyev Trampı inandırmağa çalışır ki, sülhə mane olan qarşı tərəfdir.

ABŞ Prezidenti bundan əvvəl ukraynalı həmkarı Volodimir Zelenski ilə danışdıqdan sonra Kiyevə aket zərbəsini pisləyərək, Putinin niyyətlərinin səmimiliyinə şübhə etdiyini bildirmişdi. Trampın bu mövqeyi İstanbulda birbaşa Rusiya-Ukrayna danışıqlarının nəticəsiz qalmasından sonra daha da güclənib. Tramp Putinə zəng edərək yenidən sülh prosesinə müdaxilə etmək qərarına gəlib.

Analitiklər hesab edirlər ki, Trampın Kremlə təzyiq rıçaqları da var.

Danışıqlara baxmayaraq, tərəflər hələ də güzəştə getməyə hazır deyillər:

“Trampla birbaşa telefon danışığından sonra belə, həm Moskva, həm də Kiyev yenə də mübarizəni davam etdirmək qərarına gələ bilər”.

Seçilən
0
teleqraf.com

1Mənbələr