"Qarabağ"ın hücumçusu Musa Qurbanlı MPL-nin XXXV turunda "Kəpəz"ə qarşı oyundan sonra baş tutan mükafatlandırma mərasimi zamanı Offsideplus.az-a danışıb. 

3:0 hesabı ilə yekunlaşan oyunda qol müəllifi olan 23 yaşlı futbolçu titul sevincini bölüşüb:

"Çempionuqsa, deməli mövsüm yaxşı keçib. Hər sezon qarşımıza qoyulan məqsəd çempion olmaqdır. Buna nail olmuşuqsa, mövsümü uğurlu hesab etmək olar. Titula yiyələndiyimiz üçün sevincliyik". 

M.Qurbanlı növbəti mövsüm Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparmaq uğrunda savaşacaqlarını bildirib:

"Avrokuboklara çox ciddi hazırlaşacağıq. Əlimizdən gələni edəcəyik ki, Çempionlar Liqasında liqa mərhələsinə düşə bilək. Arzumuz, istəyimiz budur. İnşallah, yaxşı hazırlaşacağıq".