AZ

London “Brexit”dən sonra ilk Böyük Britaniya-Aİ sammitinə ev sahibliyi edəcək

İlk Böyük Britaniya-Avropa İttifaqı sammiti bazar ertəsi Londonda “Lancaster House”da keçiriləcək.

APA xəbər verir ki, Britaniya hakimiyyətinin fikrincə, sammit müdafiə və ticarət sahələrində tərəflər arasında əməkdaşlığı gücləndirmək və “Brexit”dən sonra London və Brüssel arasında münasibətlərin tarixində yeni səhifə açmaq məqsədi daşıyır.

Tədbirdə Aİ-ni Avropa Şurasının sədri Antonio Kosta, Avropa Komissiyasının sədri Ursula von der Leyen, Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas və Aİ-nin ticarət siyasəti və iqtisadi təhlükəsizlik üzrə komissarı Maroş Şefçoviç təmsil edəcək.

Sammitin yekununda Böyük Britaniya və Aİ arasında hərbi sahədə əməkdaşlığın gücləndirilməsinə dair razılaşmanın əldə olunacağı gözlənilir.

Seçilən
0
apa.az

1Mənbələr