BAKI, 19 may. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Super Liqanın çempionu "Qalatasaray"ı təbrik edib.
Teleqraf xəbər verir ki, Prezident Ərdoğan sosial media hesabından etdiyi paylaşımda, "2024/2025 Super Liqa çempionu olan "Qalatasaray" futbol komandasınıürəkdən təbrik edirəm" deyə bildirib.
Qeyd edək ki, ötən gün "Qalatasaray" Türkiyə Super Liqasının 2024/2025 mövsümünün qalibi olub.
İstanbul təmsilçisi buna XXXVI turda evdə "Kayserispor"u 3:0 hesabı ilə məğlub etməklə nail olub.