AZ

İsrail Qəzzaya humanitar yardımın daxil olmasına icazə verəcək

BAKI, 19 may. TELEQRAF

İsrail aclığın yaranmasının qarşısı almaq üçün Qəzzaya humanitar yardımın daxil olmasına icazə verəcək.

Teleqraf “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə Baş nazir Binyamin Netanyahunun ofisi məlumat yayıb.

"Aclıq “Həmas”ın məhv edilməsinə yönəlmiş “Gideonun Döyüş Arabaları” əməliyyatının davam etdirilməsinə təhlükə yarada bilər", - bəyanatda deyilir.

Baş nazirin ofisindən bildirilib ki, İsrail yardımın döyüşçülərə çatmamasını təmin etmək üçün paylanmaya “Həmas”ın nəzarət etməsinin qarşısını alacaq.

Yardımın nə vaxt və necə Qəzzaya daxil olacağı açıqlanmır.

Xatırladaq ki, İsrail martın 2-dən Qəzzanı tam blokadaya alıb və sektora ərzaq, yanacaq və digər həyati vacib resursların çatdırılmasına mane olur.

Seçilən
0
10
teleqraf.com

10Mənbələr