Türkiyə Super Liqasında XXXVI tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, bu gün keçirilən matçda lider “Qalatasaray” doğma meydanda “Kayserispor”u qəbul edib.
Qarşılaşmanın 26-cı dəqiqəsində Viktor Osimhenin qolu ilə 1:0 önə keçən “Cimbom” 3 dəqiqə sonra Barış Alper Yılmazın qolu ilə hesab arasındakı fərqi artırıb.
İlk hissəni 2:0 hesablı üstünlüklə bitirən “Qalatasaray” ikinci hissədə rəqibinə qol vurmağa imkan verməyib.
“Qalatasaray” matçın 89-cu dəqiqəsində qapıçı Fernando Musleranın penaltidən vurduğu qolla hesabı 3:0-a çatdırıb.
Bu nəticə ilə meydan sahibləri Superliqada 28-ci qələbəsini qazanıb. “Sarı-qırmızılar” 5 heç-heçə və 1 məğlubiyyətlə xallarını 89-a çatdırıb.
Bununla da “Qalatasaray” sona 2 tur qalmış ən yaxın izləyicisi “Fənərbaxça”nı 8 xal qabaqlayaraq çempionluğu təmin edib.