AZ

İran prezidenti ABŞ ilə nüvə sazişi bağlamaq imkanlarını dəyərləndirib

BAKI, 19 may. TELEQRAF

İran Prezidenti Məsud Pezeşkian Omanın xarici işlər naziri Bədr əl-Busaidi ilə görüşündə Amerika tərəfi ilə razılığa gəlməyin mümkünlüyünü bildirib.

Teleqraf xəbər verir ki, İran lideri Vaşinqtonun Tehrana hədə-qorxu gəlməkdən əl çəkəcəyi təqdirdə, razılaşmanı mümkün sayıb.

O vurğulayıb ki, Tehran heç bir halda gücə tabe olmayacaq.

Bundan öncə İran XİN rəhbəri Abbas Əraqçi ABŞ rəsmilərinin bəyanatlarına baxmayaraq, İranın uranı zənginləşdirməyə davam edəcəyini bildirib .

Seçilən
0
teleqraf.com

1Mənbələr