Əgər təmir və ya yenidənqurma nəticəsində mənzilin sahəsi azalarsa və ailə ehtiyacına uyğun olmazsa, yeni mənzil verilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Mənzil Məcəlləsində əksini tapıb.
Eyni zamanda, sahə normadan çox artarsa da dəyişiklik edilə bilər. Bu dəyişikliklər təmirə başlamazdan əvvəl edilir. Qanun bu halları əvvəlcədən tənzimləyir.