Göyçayda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Sürücü Yasin Yaqubovun idarə etdiyi “VAZ” markalı avtomobil piyada, 1989-cu il təvəllüdlü Elman Hüseynovu vurub.
Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.