“Sizi inandırım, bugünə qədər belə azarkeş görməmişdim”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şahdağ”ın müdafiəçisi Nodar Məmmədov deyib.
Cari mövsümdən II Liqada çıxış edən millinin və “Qarabağ”ın sabiq oyunçusu qusarlı azarkeşlərin onlara dəstəyindən danışıb:
“12 il Premyer Liqada oynamışam, 200-dən çox oyun keçirmişəm. 37 yaşım olacaq, karyeramda ilk dəfə bu cür ab-havada futbol oynadım.
Düzdür, o vaxt mən “Şahdağ”da oynayanda azarkeşlər gəlirdi. Orada stadion iritutumlu deyildi, bu qədər adam olmurdu.
Açığı, Bakıda “Şəfa”ya qarşı oyunda belə atmosfer olacağını özüm də gözləmirdim. Sadəcə, möhtəşəm! Xal qazanmağımızda azarkeşlərimizin rolu danılmazdır”.