AZ

"Mançester Yunayted"in futbolçusu "Barselona"da çıxış etmək istəyir

"Mançester Yunayted"dən icarəyə götürülən "Aston Villa"nın hücumçusu Markus Reşford karyerasını "Barselona"da davam etdirmək istəyir.

90deqiqe.Az "Diario Sport"a istinadən xəbər verir ki, ingilis futbolçu Kataloniya təmsilçisində çıxış etməkdə israrlıdır.

Forvard hesab edir ki, Kataloniyaya köçmək karyerasını yenidən başlamaq üçün əla fürsətdir. Müqaviləni başa çatdırmaq üçün 27 yaşlı oyunçu maaşını azaltmağa hazırdır.

İngilis futbolçunun icarə müddəti cari mövsümün sonuna qədərdir və "villalılar"ın satın alma bəndini aktivləşdirib-etdirməyəcəyi hələ dəqiq deyil.

“Mançester Yunayted” qarşıdakı transfer pəncərəsində Markus Reşfordu satmağa ümid edir və onun üçün 40 milyon avro istəyir.

Seçilən
0
90deqiqe.az

1Mənbələr