Qapıçı Emiliano Martinez yay transfer pəncərəsində "Aston Villa"nı tərk edə bilər.
90deqiqe.Az "DSports"a istinadən xəbər verir ki, 32 yaşlı qolkiper "Barselona" və "Mançester Yunayted" klublarından təklif alıb.
Təklif ilə bağlı əlavə təfərrüat açıqlamayıb. Yeni məlumatların yaxın günlərdə ortaya çıxması gözlənilir. Hazırda sözügedən klubların oyunçunun agenti ilə danışıqlar apardığı bildirilir.
Emiliano Martinezin Aston Villa ilə 2029-cu ilin ortalarına qədər qüvvədə olan müqaviləsi var. Nüfuzlu Transfermarkt portalı futbolçunu 25 milyon avro dəyərində qiymətləndirir.
Qeyd edək ki, 2022-ci ilin sonunda Emiliano Martinez Argentina millisinin tərkibində dünya çempionu olub.