AZ

Ronaldonun oğlu dubl etdi, atası kimi sevindi - VİDEO

Kriştiano Ronaldo Junior Portuqaliya millisində qol hesabını açıb.

Bizim.Media xəbər verir ki, Kriştiano Ronaldonun oğlu U-15 komandasının Xorvatiya ilə davam edən final matçının (2:2) ilk hissəsində dubl edib.

Onun vurduğu qolları atası kimi "SIU" qışqıraraq qeyd etdiyi diqqətdən yayınmayıb.

Kriştiano Ronaldo Junior Portuqaliyanın yeniyetmələr millisi ilə Xorvatiyada Vlatko Markoviç turnirində çıxış edir və qrupdakı üç oyunda rəqib qapılarına yol tapa bilməyib.


Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
0
1
bizim.media

2Mənbələr