BAKI, TurkicWorld
Pakistan Hindistanla əldə edilmiş atəşkəs razılaşmasına riayət edir, lakin hərbim əməliyyatların yenidən başlaması ehtimalı hələ də mövcuddur.
TurkicWorld xəbər verir ki, bu barədə Pakistanın Müdafiə naziri Xavaca Asif bildirib.
Asif, atəşkəs prosesinin hazırda yaxşı getdiyini bildirib və Pakistan ordusunun sərhəd boyunca hazır vəziyyətdə olduğunu vurğulayıb.
Asif əlavə edib ki, Pakistan Hindistanla Sind çayı üzrə müqavilə məsələlərini ilk növbədə diplomatik yollarla həll etmək istəyir.
Xatıladaq ki, Pakistan və Hindistan, Kəşmir bölgəsində turistlərin həyatını itirməsinə səbəb olan hücumdan sonra raket atışları həyata keçiriblər. Hindistan bu hücumda Pakistanı ittiham edir, lakin Pakistan bu iddiaları rədd edir.
ABŞ və Böyük Britaniyanın vasitəçiliyi ilə aparılan diplomatik səylər nəticəsində mayın 10-da iki dövlət arasında atəşkəs razılaşması əldə olunub.