Bakı, 18 may, AZƏRTAC
Misli Premyer Liqasında XXXV tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun son oyununda çempionluğu daha əvvəl təmin edən "Qarabağ" "Kəpəz"i 3:0 hesabı ilə üstələyib.
Qolları Leandro Andrade, Aleksey Kaşuk və Musa Qurbanlı vurublar.
Turun digər matçlarında "Turan Tovuz" "Sumqayıt"ı, (1:0), "Araz-Naxçıvan" "Şamaxı"nı (1:0), "Neftçi" "Səbail"i (3:0) məğlub edib. "Zirə" – "Sabah" qarşılaşması isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
"Zirə" və "Araz-Naxçıvan" komandaları növbəti il Azərbaycanı avrokuboklarda təmsil edəcək. "Səbail" isə Premyer Liqanı tərk edib.