Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bildirir ki, Rusiya RS-24 Yars qitələrarası ballistik raketinin “təlim və döyüş” buraxılışını planlaşdırır - bu, mayın 19-na keçən gecə baş verməlidir. Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Kremlin bu addımının məqsədi həm Avropa İttifaqı, həm də NATO üzvü olan ABŞ və Ukraynaya nümayişkaranə şəkildə əzələ nümayişidir. "Mobil yer kompleksindən təlim sursatları ilə təchiz edilmiş raketin buraxılışına Rusiyanın strateji raket qüvvələrinin 31-ci ordusunun 42-ci diviziyasının 433-cü alayının ekipajı tərəfindən həyata keçirilmək əmri verilib. Atış meydançası Rusiyanın Sverdlovsk vilayətinin Svobodnı qəsəbəsi yaxınlığındakı ərazidir. Uçuş məsafəsi 10 min kilometrdən artıqdır”, - deyə Ukrayna kəşfiyyatının bəyanatında deyilir.
Qeyd edək ki, hazırda açıq məlumatlara görə, Rusiyanın arsenalında 521 qitələrarası ballistik raket var.
Surxay Əliyev