“İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfərindən sonra Prezidentimiz İlham Əliyevlə təkbətək və nümayəndə heyətləri səviyyəsində aparılmış müzakirələr İran – Azərbaycan əlaqələrinin inkişafına yeni bir təkan, yeni bir nəfəs verib”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Tasnim”əaçıqlamasında deyib.
“Zənnimcə, Azərbaycanla İran arasındakı münasibətlər yeni bir inkişaf mərhələsinə keçid edib.
Pezeşkianın səfərindən sonra İrandan olan həmkarlarımızla qarşımızda olan vəzifə ondan ibarətdir ki, bu əlaqələri daha da irəliyə doğru aparaq”.
Qeyd edək ki, Hikmət Hacıyev Tehran Dialoq Forumunda iştirak etmək üçün İranda səfərdədir.