AZ

Binada yanğın oldu, 8 uşaq tüstüdən boğuldu

Hindistanın Heydərabada şəhərində yaşayış binasında baş verən yanğın nəticəsində 17 nəfər ölüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, yanğın şəhərin tarixi Çarminar zonasında səhər saat 6 radələrində üçmərtəbəli binanın zirzəmisində başlayıb və qısa zamanda yuxarı mərtəbələrə yayılıb.

Polisin yaydığı məlumata görə, sakinlər yuxuda ikən tüstüdən boğulublar. Onların 8-i yaşı 10-dan az olan uşaqlardır. Cəmi 4 nəfər yanğından xilas ola bilib.

İlkin ehtimala görə, yanğına elektrik xətlərindəki qısaqapanma səbəb olub.

Seçilən
0
publika.az

1Mənbələr