BAKI, TurkicWorld
Türkiyə olaraq, Krımlı qardaşlarımızın haqlarını müdafiə etməyə və daim yanlarında olmağa davam edəcəyik.
TurkicWorld xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Krım Tatarlarının vətənlərindən sürgün edilməsinin 81-ci ildönümünə ilə bağlı paylaşımında yer alıb.
“Ana vətənlərindən sürgün edilmələrinin 81-ci ildönümündə Krımlı qardaşlarımızın yaşadığı zülmü kədərlə yad edir, sürgün zamanı şəhid olan soydaşlarımıza Allahdan rəhmət diləyirəm. Türkiyə olaraq, Krımlı qardaşlarımızın haqlarını müdafiə etməyə və daim yanlarında olmağa davam edəcəyik” - deyə, Ərdoğan qeyd edib.
Məlumat üçün bildirək ki, Krım tatarları 1944-cü ildə İosif Stalin tərəfindən Krım yarımadasından deportasiya edildi. Deportasiya edilən 193 min 865 Krım tatarının çoxusu sürgündə həyatını itirdi.