Yəmənin Ənsar Allah (Husi) hərəkatı Tel-Əvivdəki Ben-Qurion beynəlxalq hava limanına iki dəfə hücum edib.
Publika.az xəbər verir ki, bunu qruplaşmanın silahlı qüvvələrinin nümayəndəsi Yəhya Səriya “Al Masirah” telekanalının efirində bildirib.
O, zərbələrdən birinin "hipersəs" Fələstin-2 raketi ilə edildiyini qeyd edib.
Onun sözlərinə görə, əməliyyat öz məqsədinə nail olub. Belə ki, hava limanında hava hərəkəti bir saatlıq dayandırılıb.