İngiltərə Superkuboku uğrunda oyunun iştirakçıları müəyyənləşib.
Msport.az xəbər verir ki, “Kristal Pelas” İngiltərə Kubokunun finalında “Mançester Siti”ni 1:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Beləliklə, “qartallar” ölkə Superkubokunda iştirak etmək hüququ qazanıb. Onlar bu mövsümün Premyer Liqa çempionu “Liverpul”la qarşılaşacaq.
Görüş avqustun 9-da keçiriləcək.