AZ

İsrail Bakıda Türkiyə rəsmiləri ilə görüşən generalın adını açıqladı

Bu həftə Bakıda İsrail və Türkiyə rəsmilərinin yeni görüşü keçirilib. Görüşdə İsrail tərəfdən Müdafiə Ordusunun Baş Qərargahının Operativ Əməliyyatlar İdarəsinin istefaya gedən rəisi general-mayor Oded Basiuk iştirak edib.

News24.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Times of İsrael” məlumat yayıb.

Qəzet İsrail ordusunun bu barədə mətbuatda gedən xəbərləri təsdiq etdiyini bildirib. Verilən məlumata görə generalın Türkiyə rəsmiləri ilə görüşündə Suriya ilə bağlı təhlükəsizlik məsələlərini koordinasiya etdiyi qeyd olunur. Ordu Basiukun Suriya nümayəndələri ilə görüşmədiyini də vurğulayıb.

Türkiyə tərəfini kimin təmsil etdiyi isə açıqlanmır.

Qeyd edək ki, Bakıda İsrail və Türkiyə arasında məsləhətləşmələrin aparıldığı barədə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məlumat vermiş, Türkiyə Müdafiə Nazirliyindəki mənbələr isə aprel ayının 9-unda belə bir görüş keçirildiyini təsdiqləmişdi. Bu həftə keçirilən və dəqiq tarixi açıqlanmayan görüş İsrail-Türkiyə danışıqlarının növbəti raundudur. Ancaq tərəflər məxfi xarakter daşıyan bu görüşlərlə bağlı geniş məlumat yaymaqdan imtina edirlər.





Seçilən
0
34
news24.az

10Mənbələr