20 yaşadək sərbəst güləşçilərimiz İranın Behşehr şəhərində keçirilmiş “Necad Haşimi kuboku” turnirini beş medalla başa vurublar.
"Football-plus.az" xəbər verir ki, yarışın ikinci günündə yığmamızın daha üç üzvü fəxri kürsüyə qalxıb.
Anar Cəfərli (92 kq) və Yusif Dursunov (125 kq) gümüş, Nurlan Ağazadə (70 kq) isə bürünc mükafata sahib çıxıb.
7 ölkənin təmsil olunduğu turnirdə komanda hesabında İran birinci, Hindistan ikinci, ölkəmiz isə üçüncü yeri tutub.
Xatırladaq ki, ilk yarış günündə Omar Gülməmmədov (74 kq) gümüş, Sədrəddin Həsənov (57 kq) isə bürünc medal qazanıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta